Xəzər Xəbər

"Selta" Nolitonu transfer etdi

İdman | 15:53 • 19 İyun 2020
"Selta" Nolitonu transfer etdi

İspaniyanın "Selta" klubu yeni transferini açıqlayıb.

Viqo təmsilçisi "Sevilya"da forma geyinən Nolitonu heyətinə qatıb. 33 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

Qapıçısı Serxio Alvares zədələndiyi üçün "Selta" İspaniya Futbol Federasiyasından transfer üçün xüsusi icazə istəyib.Assosiasiya La Lliqa klubuna bu keçid üçün "yaşıl işıq" yandırıb.

İspaniya millisinin keçmiş üzvü 2013-2016-cı illərdə "Selta"da oynamışdı. Nolito 3 nömrəli formada çıxış edəcək.

Xəbər lenti

Çox oxunanlar