Xəzər Xəbər

Avropada yay transfer pəncərəsi payızda başa çatacaq

İdman | 15:59 • 18 İyun 2020
Avropada yay transfer pəncərəsi payızda başa çatacaq

UEFA İcraiyyə Komitəsi 2020/2021 mövsümündə avrokuboklarda iştirak edəcək oyunçuların qeydiyyatı üçün son tarixi açıqlayıb.

XəzərXəbər qurumun rəsmi "Twitter” səhifəsinə istinadən xəbər verir ki, növbəti mövsüm avrokubokların qrup mərhələləri üçünsifariş ərizəsininqəbulu üçün son tarix - 6 oktyabr təyin edilib.

Qurum bütün milli assosiasiyaları yay transfer dönəmini oktyabrın 5-də başa çatdırmağa çağırıb.

Qeyd edək ki, növbəti avrokubok mövsümünə avqustun 8-də UEFA Çempionlar Liqasının ilkin mərhələsinin oyunları ilə start veriləcək.

Xəbər lenti