Xəzər Xəbər

"Çelsi"yə transfer olduğuma görə qürur duyuram"

İdman | 15:05 • 18 İyun 2020
"Çelsi"yə transfer olduğuma görə qürur duyuram"

Timo Verner "Çelsi"yə transferinə münasibət bildirib.


Alman futbolçu "zadəganlar"ın saytına açıqlamasında qeyd edib:


"Çelsi"yə qoşulmaqdan məmnunam. Bu görkəmli kluba keçməkdən qürur duyuram.


Birlikdə keçirdiyimiz dörd ilə görə "Layptsiq"ə və azarkeşlərinə təşəkkür etmək istəyirəm. Qəlbimdə həmişə sizə yer olacaq.


Yeni komanda yoldaşları, baş məşqçi və azarkeşlər... Növbəti mövsümü səbirsizliklə gözləyirəm. Uğurlu gələcək bizi gözləyir".


Transfer "Çelsi"yə 47,5 milyon funta başa gəlib.


Fanat.Az

Xəbər lenti