Xəzər Xəbər

"Qalatasaray" sabiq "Qarabağ"lını transfer edə bilər

İdman | 14:48 • 18 İyun 2020
"Qalatasaray" sabiq "Qarabağ"lını transfer edə bilər

Fernando Musleranın uzun müddətə sıradan çıxmasından sonra qapıçı axtarışına çıxan "Qalatasaray" sabiq "Qarabağ"lını transfer edə bilər.


XəzərXəbər "Fanatik"ə istinadən xəbər verir ki, hazırda "Erzurumspor"da çıxış edən İbrahim Şehiç İstanbul klubunun qapıçı namizədləri sırasındadı. Onunla yanaşı Türkiyə Super Liqasında forma geyinən qapıçılardan Fabien Farnole ("Yeni Malatyaspor") və Silviu Lunq ("Kayserispor") "Qalatasaray"ın maraq dairəsində olan qolkiperlərdəndi.


"Qalatasaray"ın eyni zamanda Daniel Subaşiç ("Monako"), Klaudio Bravo ("Mançester Siti"), Antonio Adan ("Atletiko") və Co Hartla ("Bernli") maraqlandığı iddia olunub.


Qeyd edək ki, İbrahim Şehiç 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edib. O, bu müddətdə 5 dəfə Azərbaycan Premyer Liqasının, 3 dəfə ölkə kubokunun qalibi olub.


Fanat.Az

Xəbər lenti