Xəzər Xəbər

Ronaldo tarixə düşdü

İdman | 14:19 • 5 İyun 2020
Ronaldo tarixə düşdü

"Yuventus”un hücumçusu Kriştiano Ronaldo ilk milyardçı futbolçu kimi tarixə düşüb.


Bu barədə "Forbes”in tərtib etdiyi siyahıda əks olunub.


Portuqaliya millisinin kapitanı ümumi qazancını 1 milyard dollara çatdıran 3-cü idmançıdır. Ona qədər qolfçu Tayqer Vuds (2009-cu ildə) və boksçu Floyd Meyvezer (2017) milyardçı olmağı bacarıb.


Kriştiano Ronaldo 17 illik peşəkar karyerası ərzində 650 milyon dollar maaş alıb. "Yuventus”la 2022-ci ilə qədər müqaviləsi olan 35 yaşlı forvard həmin vaxta qədər ümumi məvacibi 765 milyon dollara çatdıracaq. O, qalan vəsaiti sponsorluq müqavilələrindən əldə edib.


Qeyd edək ki, Kriştiano Ronaldo "Yuventus”a qədər "Sportinq”, "Mançester Yunayted” və "Real”ın formasını geyinib.

Xəbər lenti

Çox oxunanlar