Xəzər Xəbər

UEFA-dan "Trabzonspor"a 1 illik cəza

İdman | 09:45 • 4 İyun 2020
UEFA-dan "Trabzonspor"a 1 illik cəza

UEFA Türkiyənin "Trabzonspor" klubunun beynəlxalq yarışlardan kənarlaşdırılmasına qərar verib.

Cəzanın müddəti 1 illikdir. UEFA Trabzon klubunun maliyyə qaydalarını pozduğunu bildirib.

Komanda 2020/2021 və ya 2021/2022 mövsümlərindən birində UEFA-nın bayrağı altında keçirilən turnirlərə qatıla bilməyəcək.

Xəbər lenti