Xəzər Xəbər

“Formula 1”in cədvəli bəlli oldu Yarışlar bu tarixdə keçiriləcək

İdman | 14:52 • 2 İyun 2020
“Formula 1”in cədvəli bəlli oldu

Yeni tip koronavirus pandemiyası səbəbilə təqvimini dəyişdirən "Formula 1” Dünya Çempionatının ilk 8 yarışının tarixləri bəlli olub.

Bu barədə "Formula 1”in rəsmi internet səhifəsində açıqlama dərc olunub.

Tarixlərə görə, 2020-ci il mövsümü Avstriyada başlayacaq.

Proseslərə görə Çin, Yaponiya və Vyetnam yarışları oktyabr ayında, mövsümün ikinci yarışının isə Bəhreyn və Əbu-Dabidə dekabr ayında keçirilməsi planlaşdırılır.

Pandemiyaya görə ilk 8 yarışa tamaşaçı buraxılmayacaq.

Hamısı Avropa qitəsində keçiriləcək ilk 8 yarışın təqvimi belədir:

5 iyul: Avstriya

12 iyul: Avstriya

19 iyul: Macarıstan

2 avqust: Böyük Britaniya

9 avqust: Böyük Britaniya

16 avqust: İspaniya

30 avqust: Belçika

6 sentyabr: İtaliya

Xəbər lenti