Xəzər Xəbər

"Arsenal" və "Tottenhem"in "Çelsi"nin futbolçusu uğrunda mübarizəsi

İdman | 13:40 • 28 May 2020
"Arsenal" və "Tottenhem"in "Çelsi"nin futbolçusu uğrunda mübarizəsi

"Çelsi"nin vingeri Villian karyerasını digər London klublarından birində davam etdirə bilər.


"The Telegraph" xəbər verir ki, "Arsenal" və "Tottenhem" Villianın xidmətində maraqlıdı. Hər iki klubun transferə ayıracaq büdcəsi yoxdu. "Topçular" və "Spörs" braziliyalı futbolçunu icarə əsasında və ya azad agent kimi heyətlərinə qatacaqlarına ümid edir.


Villian 2013-cü ildən "Çelsi"də çıxış edir. 31 yaşlı oyunçunun müqaviləsi mövsümün sonunda başa çatır.


Villian cari Premyer Liqa mövsümündə 5 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.


Fanat.Az

Xəbər lenti