Xəzər Xəbər

Ən sürətli futbolçu Əşrəf Hakimi (SIRALAMA)

İdman | 13:34 • 28 May 2020
Ən sürətli futbolçu

Almaniya Bundesliqasının ən sürətli futbolçularının siyahısı açıqlanıb.


Goal.com xəbər verir ki, cari mövsümdə "Siqnal İduna Park"da "Union Berlin"lə oynanılan matçda (5:0) maksimal sürətini 36,49 km/saat-a çatdıran Əşrəf Hakimi (Dortmund "Borussiya"sı) hamını qabaqlayıb. Rabbi Matondo (35,97 km/saat) ikinci, Kinqsli Ehizibu (35,85 km/saat) isə üçüncü olub.


Bundesliqanın ən sürətli 10 futbolçusu (statistikanın hesablandığı 2011-ci ildən bəri):


1. Əşrəf Hakimi (36,49 km/saat)


2. Rabbi Matondo (35,97 km/saat)


3. Kinqsli Ehizibu (35,85 km/saat)


4. Kinqsli Koman (35,66 km/saat)


5. Cerri Sen-Jüst (35,60 km/saat)


6. Fabian Conson (35,50 km/saat)


7. Pyer-Emerik Obameyanq (35,44 km/saat)


8. Şeraldo Bekker (35,43 km/saat)


9. Lukas Klünter (35,40 km/saat)


10. Artyom Rudnev, Yan Rozental (35,39 km/saat)


Fanat.Az

Xəbər lenti