Xəzər Xəbər

"Nyukasl" Koutinyuya görə "Barsa" ilə danışıqlara başladı

İdman | 15:57 • 27 May 2020
"Nyukasl" Koutinyuya görə "Barsa" ilə danışıqlara başladı

"Barselona"nın yarımmüdafiəçisi Filippe Koutinyu karyerasını İngiltərədə davam etdirə bilər.


"Mundo Deportivo" xəbər verir ki, "Nyukasl" Koutinyunun xidmətində maraqlıdı. Artıq tərəflər arasında danışıqlar başlayıb.


"Sağsağanlar"ın potensial sahiblərinin transfer siyahısının ilk sıralarında braziliyalı futbolçunun adı var.


"Nyukasl"ın sahibi Mayk Eşlinin 300 milyon funt qarşılığında klubu Səudiyyə Ərəbistanı taxtının vəliəhdi Məhəmməd ibn Salmana məxsus fonda satmağa razılıq verdiyi bildirilir. Satış hələlik Premyer Liqa rəhbərliyi tərəfindən təsdiqlənməyib.


"Bavariya"da icarə əsasında çıxış edən Koutinyu cari mövsümdə 9 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı 27 yaşlı oyunçunun transferini 56 milyon avro dəyərində qiymətləndirir.


Fanat.Az

Xəbər lenti