Xəzər Xəbər

Quardiolanın məşqləri universitet oxumağa bənzəyir

İdman | 17:26 • 26 May 2020
Quardiolanın məşqləri universitet oxumağa bənzəyir

"Mançester Siti"nin keçmiş qolkiperi, hazırda "Çelsi"də çıxış edən Vilfredo Kabalyero Pep Quardiola ilə bağlı fikirlərini bölüşüb.


Argentinalı qapıçı "TNT Sports"a açıqlamasında Quardiolanın müəllimlik bacarığına diqqət çəkib:


"Quardiolanın məşqləri universitet oxumağa bənzəyir. "Siti"də bir il onunla birlikdə işləmişəm. Hər gün ondan nəsə öyrənirdim - meydanda, videoanalizlər zamanı və ya bizə yaxınlaşıb nəyisə izah etməyə çalışanda, fərq etməz. Mənim kimi 34 yaşında birini öyrəmətklə bağlı heç bir problemi yox idi. 18 yaşlı biri ilə aramıza fərq qoymurdu. O, əla müəllimdi".


Kabalyero 2014-2017-ci illər aralığında "Siti"də oynayıb. Quardiola 2016-cı ilin yayından etibarən "şəhərlilər"in baş məşqçisidi.


Fanat.Az

Xəbər lenti