"Breşiya”nın futbolçusu Mario Balotelli karyerasını Braziliyada davam etdirə bilər.
Bu barədə "La Gazetta dello Sport” nəşri məlumat yayıb. Braziliyanın "Flamenqo” və "Botafoqo” klubları italyan hücumçuyla yaxından maraqlanır. 29 yaşlı futbolçunun meneceri Mino Rayola da müştərisinin Braziliyaya transfer olunması üzərində çalışır.
"Breşiya” ilə 2022-ci ilə müqaviləsi olan Balotelliylə "Qalatasaray” da yaxından maraqlanır.