Xəzər Xəbər

Lionel Messi “İnter”ə keçidi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

İdman | 09:14 • 10 Aprel 2020
Lionel Messi “İnter”ə keçidi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

İspaniyanın "Barselona” klubunun futbolçusu Lionel Messi İtaliya təmsilçisi "İnter”ə keçidi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Xezerxeber.az-ın məlumatına görə, argentinalı hücumçu öz instaqram səhifəsində bunun həqiqətə uyğun olmadığını aşıqlayıb.

Messi nəinki "İnter”, hətta doğma "Nyuells Old Boyz” klubuna keçidi barədə xəbəri da təkzib edib: "Bu yalan xəbərdir. Eyni şey "Nyuells Old Boyz”la bağlı informasiyaya da aiddir. Bu həqiqət deyil. Yaxşı ki, onlara heç kim inanmır”.

Qeyd edək ki, "Barselona” ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq Messi 2005-ci ildən bu klubun şərəfini qoruyur.

Xəbər lenti