Xəzər Xəbər

“Qalatasaray”ın vitse-prezidenti də koronavirusa qalib gəldi

İdman | 12:42 • 8 Aprel 2020
“Qalatasaray”ın vitse-prezidenti də koronavirusa qalib gəldi

"Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrak komandanın baş məşqçisi Fatih Terimdən sonra koronavirus xəstəliyinə qalib gəlib.

Klub rəsmisinin son testi mənfi nəticə verib.

Martın 18-də oğlu və həyat yoldaşı ilə birgə xəstəxanaya aparılan, ötən həftədən isə müalicəsini ev şəraitində davam etdirən Albayrakın artıq koronavirusla bağlı problemi qalmayıb.

Qeyd edək ki, "Qalatasaray”ın digər vitse-prezidenti Yusuf Günay da müalicəsini evdə davam etdirir.

Xəbər lenti