Xəzər Xəbər

UEFA Türkiyənin “Başakşəhər” klubunu cərimələyib

İdman | 09:47 • 1 Aprel 2020
UEFA Türkiyənin “Başakşəhər” klubunu cərimələyib

UEFA Türkiyənin "Başakşəhər” klubunu 1500 avro məbləğində cərimələyib.

Xezerxeber.az xəbər verir ki, İstanbul təmsilçisinin azarkeşlərinin Avropa Liqasının səkkizdəbir final mərhələsində Danimarkanın "Kopenhagen” klubu ilə ilk oyunda pirotexniki vasitələrdən istifadəsi buna səbəb olub. Cərimə qərar kluba daxil olduqdan sonra 90 gün ərzində ödənməlidir.

Qeyd edək ki, martın 12-də Türkiyədə keçirilmiş matç "Başakşəhər”in minimal hesablı qələbəsi ilə yekunlaşıb. Cavab görüşü koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb və matçın nə vaxt keçiriləcəyi məlum deyil.

Xəbər lenti