Xəzər Xəbər

“Arsenal” sevgilisinə görə Madriddə karantini pozmuş futbolçunu istəyir

İdman | 15:24 • 31 Mart 2020
“Arsenal” sevgilisinə görə Madriddə karantini pozmuş futbolçunu istəyir

İngiltərənin "Arsenal” klubu Madrid "Real”ının futbolçusu Luka Yoviçi heyətinə qatmaq istəyir.

Yayda qabonlu Pyer-Emerik Obameyanqın London klubunu tərk edəcəyi, onun yerinə isə serbhücumçunun alınacağı gözlənilir.

"Ayntraxt”ın sabiq baş məşqçisi Draqoslav Stepanoviç də "Real”la ötən yay altı illik müqavilə bağlamış Yoviçin özünə yeni iş yeri axtardığını bildirib. Bosniya və Herseqovina serbi olan Yoviç ötən mövsüm Frankfurt klubunda 48 oyunda 27 qol vursa da, cari mövsümdə cəmi iki dəfə fərqlənə bilib.

Qeyd edək ki, Luka Yoviç sevgilisi Sofiya Miloşeviçə görə Madriddəki karantin rejimini pozaraq Serbiyaya gedib.

Xəbər lenti