Xəzər Xəbər

İquain karantindən qaçmaq istədi

İdman | 12:52 • 20 Mart 2020
İquain karantindən qaçmaq istədi

"Yuventus”un futbolçusu Qonsalo İquain karantindən qaçıb, Argentinaya getməyə çalışıb.

Bu ölkədə geniş yayılan koronavirus epidemiyasına görə argentinalı hücumçu vətəninə qayıtmağa cəhd edib.

Ancaq 32 yaşlı forvardı hava limanında polis saxlayıb və onun səfəri baş tutmayıb.

Xatıradaq ki, artıq İtaliyada koronavirus epidemiyasından minlərlə insan ölüb. "Yuventus”un futbolçuları Daniele Ruqani və Blez Matyuidi də bu virusa yoluxub.

Xəbər lenti