Xəzər Xəbər

"Belə vəziyyətdə ailəmizə diqqət ayırmalıyıq" Obi Mikel ayrılığın səbəbini açıqladı

İdman | 11:24 • 19 Mart 2020
"Belə vəziyyətdə ailəmizə diqqət ayırmalıyıq"

"Trabzonspor"la müqaviləsini qarşılıqlı razılaşma əsasında pozan Con Obi Mikel açıqlama verib.

32 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında azarkeşlərə təşəkkür edib:

"Dəstək olduqları üçün azarkeşlərə minnətdaram. Bu mövsüm uğurlu nəticələrə görə komanda yoldaşlarım vətexniki heyətə təşəkkür edirəm. Komanda yoldaşlarıma liqanı qazanmaları üçün uğurlar arzu edirəm. Verdiyim ən çətin qərarlardan biri idi. Ancaq belə vəziyyətdə ailəmizə diqqət ayırmalıyıq və yanıarında olmalıyıq".

Con Obi Mikel Super Liqada"Başakşəhər"lə qarşılaşmadan sonra Türkiyə çempionatının koronavirusa görə davam etdirilməsinə kəskin etiraz etmişdi: "Həyatda futboldan vacib amillər var. Özümü yaxşı hiss etmirəm. Belə vəziyyətdə futbol oynamaq istəmirəm. Çempionat dayandırılmalıdır".

Nigeriyalı futbolçu2019-cu ildən "bordo-mavililər"də çıxış edirdi. O, bu mövsüm 27 oyun keçirib.

Xəbər lenti