Xəzər Xəbər

Olimpiya Oyunları barədə QƏRAR VERİLDİ

İdman | 18:42 • 18 Mart 2020
Olimpiya Oyunları barədə QƏRAR VERİLDİ

Beynəlxalq Olimpiya Komitəsi Avropa Olimpiya Komitələri və Avropa ölkələrnin üzv Milli Olimpiya Komitələri ilə video konfrans keçirib.

Bu gün Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Prezidenti Tomas Bax vbildirib ki, Tokio-2020 Yay Olimpiya Oyunları və Paralimpiya Oyunları təxirə salınmayacaq. Hər iki yarış bu il nəzərdə tutulduğu vaxtda reallaşacaq.

Video-konfransda Olimpiya Hərəkatının COVİD 19-la bağlı tədbirlər planı müzakirə olunub.

MOK mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, müzakirə zamanı bildirilib ki, Olimpiadanın təxirə salınacağı ilə bağlı aparılan spekulyasiyalar yolverilməzdir. Spekulyasiya beynəlxalq birjalarda Yaponiya höküməti səhmlərinin qiymətinin 16% enməsi ilə yanaşı başqa mənfi nəticələrə də yol açır.

Tomas Baxın sözlərinə görə, BOK Milli Olimpiya Komitələri və beynəlxalq idman federasiyaları ilə birgə Olimpiadanın keçirilməsi üçün mümkün bütün tədbirləri reallaşdırmaqda maraqlıdır.

Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyaların yarıdan çoxunun (57 %) təmin olunmasını xatırladan BOK rəsmisi, lisensiya yarışları təxirə salınan idman növləri üçün Olimpiya qanunlarına uyğun tədbirlər görülməsinin va ya əlavə kvota yerlərinin ayrılmasının mümkünlüyünü də bildirib.

Xəbər lenti