Xəzər Xəbər

Toni Kroos: "Ən son dərdimiz çempionat və kubok olsun"

İdman | 16:01 • 18 Mart 2020
Toni Kroos: "Ən son dərdimiz çempionat və kubok olsun"

"Real"ın almaniyalı ulduzu Toni Kroos "Late Night Berlin" proqramına danışıb.

30 yaşlı yarımmüdafiəçikoronavirus pandemiyasının İspaniyaya təsirindən danışıb:

"Evimdəyəm, sıxılmıram. 3 övladla evdə olmağın necə bir hiss olduğunu bilirsiniz? Evdə olmaq və ətrafımda uşaqlarımın oynaması gözəldir. Ən önəmli amil hamının sağlam qalmasıdır. Evdə uşaqlarımla oynayıram. Həm də bəzi saç stillərini yoxlamışam. Həyat yoldaşımın bəyəndiyi stili saxlayacam.

Bundan əlavə, evdə uşaqlara yemək verirəm. Amma tualetə tez-tez gedirlər. Buna görə də çoxlu tualet kağızı almışam. Bir sözlə, ev həyatım problem deyil".

Almaniya millisinin üzvü AÇ-2020-nin təxirə salınmasına münasibət bildirib:

"Hazırda turnirləri, kubokları fikirləşmək ən son dərdimiz olsun. Əsas düşüncəmiz gözə görünməyən düşməndir. Hamımız sağlam qalmalı və öncəki həyatımıza qayıtmalıyıq".

Xəbər lenti