Xəzər Xəbər

UEFA Çempionlar Liqası və Avropa Liqası ilə bağlı qərar verdi

İdman | 18:28 • 17 Mart 2020
UEFA Çempionlar Liqası və Avropa Liqası ilə bağlı qərar verdi

UEFA koronavirusa görə təxirə salınan Çempionlar Liqası və Avropa Liqası ilə bağlı qərar verib.

Yarışlar koronavirus təhlükəsi aradan qalxana kimi keçirilməyəcək. Bu qərar qitənin yerli çempionatlarına da şamil olunacaq.

UEFA təşkil etdiyi yarışları ilin sonuna kimi başa çatdırmaq üçün 2 işçi qrupu ayırıb. Yeni qurumda UEFA-dan vəAvropa Klublar Birliyindən 4 nəfər təmsil olunacaq. Onlar təqvimi müəyyənləşdirəcək və maliyyə hesablarını hazırlayacaq.

Xəbər lenti