Xəzər Xəbər

"Atalanta" "Çelsi"nin futbolçusunu transfer etdi

İdman | 17:56 • 17 Mart 2020
"Atalanta" "Çelsi"nin futbolçusunu transfer etdi

"Atalanta”"Çelsi"dən icarəyə götürdüyü Mario Paşaliçin transfer hüququna yiyələnib.

"La Gazetta dello Sport" xəbər verir ki, Berqamo təmsilçisi 25 yaşlı futbolçunun keçidi üçün londonlulara 15 milyon avro təzminat ödəyib. Xorvat yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Paşaliç 2018-ci ildən "Atalanta”da icarə əsasında oynayırdı. O, bu mövsüm 32 oyunda 7 qol vurub, 5 assist edib.

Xəbər lenti