Xəzər Xəbər

"Real" Areola ilə bağlı qərar verdi

İdman | 17:47 • 17 Mart 2020
"Real" Areola ilə bağlı qərar verdi

"Real” mövsümün əvvəlində PSJ-dən icarəyə götürdüyü Alfons Areolanın transfer hüququna sahib olmağa qərar verib.

AS nəşri xəbər verir ki, Madrid təmsilçisi27 yaşlı oyunçunu komandada 2-ci qapıçı kimi saxlamaq fikrindədir.

Bu səbəbdən də "kral klubu" Paris təmsilçisi ilə danışıq aparacaq. "Milan"dan Canluici Donnarummanı transfer etmək istəyən PSJ fransız qapıçının gedişinə mane olmayacaq.

Areola bu mövsüm "Real"da 7 oyun keçirib. Onun icarə müqaviləsi mövsümün sonunda başa çatır. Fransa millisinin üzvünün PSJ ilə 2023-cü ilə kimi sözləşməsi mövcuddur.

Xəbər lenti