Xəzər Xəbər

"Mançester Yunayted" İqalonu saxlayacaq

İdman | 15:43 • 17 Mart 2020
"Mançester Yunayted" İqalonu saxlayacaq

"Mançester Yunayted" qış fasiləsində Çinin "Şanxay Şenhua" klubundan icarəyə götürdüyü Odion İqalonun transfer hüququna yiyələnəcək.

"The Sun" xəbər verir ki, "qırmızı şeytanlar" bu keçid üçün 6 milyon funt-sterlinq təzminat ödəyəcək.

"Şanxay Şenhua"da həftəlik 240 min funt-sterlinq qazanan nigeriyalı hücumçu Mançester klubunda bu məbləğin yarısına razılaşıb.

30 yaşlı futbolçu "Mançester Yunayted"də 8oyun keçirib və 4 qol vurub.

Xəbər lenti