Xəzər Xəbər

Olimpiadanın məşəlinin estafeti azarkeşsiz olacaq

İdman | 14:14 • 17 Mart 2020
Olimpiadanın məşəlinin estafeti azarkeşsiz olacaq

Tokio-2020 Yay Olimpiya Oyunlarının məşəlinin estafetinə martın 26-da start veriləcək.

Yaponiyanın Fukusime şəhərindəki açılış mərasimi azarkeşsiz keçiriləcək.

Yaponiya hökuməti yerli əhalini məşəlin marşrutu ziyarət etməkdən imtinaya çağırıb. Buna koronavirus pandemiyası səbəb olub.

Qeyd edək ki, martın 12-də Yunanıstandakı Qədim Olimpiyada baş tutan məşəlin alovlandırılması mərasimi də azarkeşsiz təşkil olunub. Buradakı estafet isə ümumiyyətlə ləğv edilib. Məşəlin martın 19-da Yaponiyaya verilməsi də tamaşaçısız keçiriləcək.

Xəbər lenti