Xəzər Xəbər

Avropa çempionatı təxirə salınıb

İdman | 09:46 • 17 Mart 2020
Avropa çempionatı təxirə salınıb

Boks üzrə gənclər arasında Avropa çempionatı təxirə salınıb.

Avropa Boks İttifaqı koronavirus pandemiyası səbəbindən aprelin 22-dən mayın 3-dək keçirilməli olan yarışın vaxtını dəyişib.

Yerli Təşkilat Komitəsi və digər müvafiq orqanların hesabatlarını nəzərə alan qurum çempionatın mayın 15-27-də təşkil olunmasına qərar verib. Lakin koronavirusla bağlı durumu daim nəzarətdə saxlayan təşkilat turnirin vaxtını yenidən dəyişə biləcəyini də istisna etmir.

Qeyd edək ki, Avropa çempionatı Monteneqronun Budva şəhərində keçirilməlidir.

Xəbər lenti