Xəzər Xəbər

Emil Balayev "Panatinaikos"un transfer hədəfində

İdman | 16:42 • 16 Mart 2020
Emil Balayev "Panatinaikos"un transfer hədəfində

"Zirə"nin qapıçısı Emil Balayev yeni mövsümdən Yunanıstanda çıxış edə bilər.

Sportal.az newspao.gr saytına istinadən xəbər verir ki, 25 yaşlı qapıçı "Panatinaikos"un transfer siyahısındadır.

Afina klubu Kipr "Omoniya" klubundaçıxış edən Fabiano Ribeyro, Portuqaliyanın "Tondela" komandasında Kladio Ramos və Avstriya "Şturm"undan Yorq Zibenhandl ilə də maraqlanır.

Xəbərdə "Panatinaikos"un yaydaazad agent statusuna malik olan və maaşı 200 min avronu aşmayan qapıçı almağa çalışacağı qeyd edilib.

Emil Balayevin "Zirə" ilə müqaviləsi mövsümün sonunda başa çatır.

Xəbər lenti