Xəzər Xəbər

Avropada KRİTİK TOPLANTI Azərbaycan da daxil olmaqla, 55 ölkə haqqında qərar veriləcək

İdman | 14:12 • 16 Mart 2020
Avropada KRİTİK TOPLANTI

Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) 55 üzv ölkənin iştirakı ilə təcili toplantı keçirir.

Toplantıda koronavirus təhdidinin futbolda yaratdığı problemlər müzakirə olunacaq.

Toplantı telekonfrans yolu ilə həyata keçiriləcək. Funksionerlər 2020-ci ilin futbol təqvimi əsasında keçiriləcək müsabiqələrin son vəziyyətini gündəmə gətirəcək. 2020 Avropa Çempionatı başda olmaqla, UEFA Çempionlar və Avropa Liqası, həmçinin üzv ölkələrin milli liqalarının son durumu paylaşılacaq.

Ana gündəm maddəsi Avropa Çempionatı olacaq. 12 ölkənin ev sahibliyi edəcəyi çempionatın təxirə salınması gündəmdədir. 12 iyun-12 iyul tarixləri arasında keçirilməsi planlaşdırılan AÇ oyunları Azərbaycan, Hollandiya, İtaliya, Macarıstan, Rusiya, Danimarka, İngiltərə, Şotlandiya, İrlandiya, İspaniya, Almaniya və Rumıniyada keçiriləcəkdi.

Qeyd edək ki, Çindən dünyaya yayılan koronavirus pandemiyasına görə, İngiltərə, Almaniya, Fransa, İtaliya, Hollandiya, İsveçrə, ABŞ Yaponiya, Səudiyyə Ərəbistanı bütün idman müsabiqələrini dayandırıb. Türkiyədə və Azərbaycanda, o cümlədən, bir sıra ölkələrdə matçlar tamaşaçısız oynanılır./publika.az

Xəbər lenti