Xəzər Xəbər

Kriştiano Ronaldo koronavirus şübhəsi ilə karantinə alınıb

İdman | 15:56 • 12 Mart 2020
Kriştiano Ronaldo koronavirus şübhəsi ilə karantinə alınıb

"Yuventus”un hücumçusu Kriştiano Ronaldo karantinə alınıb.


Xezerxeber.az-ın məlumatına görə, 35 yaşlı futbolçu ölkəsi Portuqaliyada təcrid olunub.


Bu qərar superulduzda koronavirus şübhəsi olması ilə bağlı verilib. Ronaldo doğulduğu şəhər Madeyrada tibbi testlərdən keçiriləcək. Bunun əsas səbəbi onun komanda yoldaşı Daniele Ruqanidə koronavirus xəstəliyinin aşkarlanmasıdır.


Qeyd edək ki, bacısının doğum günü ilə əlaqədar Portuqaliyaya gedən Kriştiano Ronaldo İtaliyadakı gərgin vəziyyətə görə, Turinə qayıtmaqdan imtina edib.

Xəbər lenti