Xəzər Xəbər

Ronaldinyo sərbəst buraxıldı

İdman | 15:12 • 6 Mart 2020
Ronaldinyo sərbəst buraxıldı

Paraqvaysa saxta pasportla yaxalanan Braziliya millisinin sabiq futbolçusu Ronaldinyosərbəst buraxılıb.

Yerli mühafizə orqanı səhv etdiklərini açıqlayıb. Onlar dünya çempionu və onun qardaşı Assisi sərbəst buraxıblar.

39 yaşlı veteran futbolçu borcları olduğu üçün 2018-ci ildə Braziliyadan çıxışına qadağa qoyulmuşdu.

2005-ci ildə "Qızıl Top" mükafatını qazanmış futbolçu "Qremio"nun yetirməsidir. Braziliya millisinin sabiq üzvü PSJ, "Barselona", "Milan", "Flamenqo", "Atletiko Mineyro" kimi klublarda çıxış edib.

Xəbər lenti