Xəzər Xəbər

Ter Şteqen "Barselona"da qalacaq

İdman | 17:22 • 5 Mart 2020
Ter Şteqen "Barselona"da qalacaq

"Barselona" qapıçısı Mark-Andre ter Şteqenlə yeni müqavilə imzalamağa hazırlaşır.

Almaniyalı qolkiper katalonların saziş təklifini qəbul edib. Klubun tezliklə bu barədə açıqlama verəcəyi gözlənilir.

27 yaşlı əlcək sahibi 2014-cü ildən "Barselona"da çıxış edir. Onun indiki müqaviləsi 2022-ci ilin yayında sona çatacaq.

Xəbər lenti