Xəzər Xəbər

İrandan koronavirusla bağlı növbəti qərar: Futbol oyunları təxirə salındı

İdman | 14:01 • 5 Mart 2020
İrandan koronavirusla bağlı növbəti qərar:

İranda koronavirus təhlükəsinə görə, bütün futbol oyunları təxirə salınıb.

BBC xəbər verir ki, mart ayının 20-dək 1,2 və 3-cü liqaların bütün oyunları dayandırılıb. Məlumata görə, virusla bağlı ağır vəziyyət düzəlməsə oyunların təxirə salınmasının vaxtı daha iki həftə artırıla bilər.

Qeyd edək ki, İranda koronavirusdan 92 nəfər həyatını itirib. 3000 nəfər virus daşıyıcısıdır.

Xəbər lenti