Xəzər Xəbər

“Qəbələ” səfərdə “Zirə”ni məğlub edib

İdman | 19:14 • 1 Mart 2020
“Qəbələ” səfərdə “Zirə”ni məğlub edib

Martın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.


Xezerxeber.az xəbər verir ki, günün ilk matçında "Zirə” komandası doğma meydanda "Qəbələ”ni qəbul edib. Zirə Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma 1:2 hesabı ilə başa çatıb. 

Görüşdə ilk qol 21-ci dəqiqədə vurulub. "Zirə”nin heyətində İlkin Muradov fərqlənib. Qonaqlar 79-cu dəqiqədə hesabı bərabərləşdiriblər. Fernan Lopez çərçivəni dəqiq nişan alıb. Cəmi doqquz dəqiqə sonra qonaq komandanın yarımmüdafiəçisi Rövlan Muradov komandasının qələbə qolunu vurub.

Beləliklə, "Qəbələ” səfərdə "Zirə”ni 2:1 hesabı ilə məğlub edib.

Tura bu gün keçiriləcək "Neftçi”-"Səbail” oyunu ilə yekun vurulacaq. Matçı Səbuhi Bayramovun idarə edəcək.

Turun bütün görüşləri "CBC Sport” kanalı ilə birbaşa yayımlanır.

Qeyd edək ki, XIX turun üç oyunundan sonra turnir cədvəlinə 42 xalla "Qarabağ” klubu başçılıq edir. Aktivində 33 xal olan "Neftçi” ikinci, 30 xalı olan "Keşlə” isə üçüncü yerlərdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq "Sumqayıt” (23), "Sabah” (21), "Zirə” (20), "Səbail” (19) və "Qəbələ” (16) yer alıblar.

Xəbər lenti