Xəzər Xəbər

Renat Dadaşov start heyətdə olmayacaq "Vulverhempton"un ehtimal 11-liyi

İdman | 15:27 • 20 Fevral 2020
Renat Dadaşov start heyətdə olmayacaq

Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində İngiltərənin "Vulverhempton" klubu İspaniya təmsilçisi "Espanyol"u qəbul edəcək.

"Vulverhempton" Avropa Liqasının oyunları üçün Azərbaycan millisinin üzvü Renat Dadaşovu sifariş etsə də, 20 yaşlı hücumçunun bu qarşılaşmada meydana çıxmaq ehtimalı çox azdır.

Britaniya mətbuatı "canavarlar"ın hücum xəttində meksikalı futbolçu Raul Ximenesin yer alacağını qeyd edib.

"Vulverhempton"un ehtimal start heyəti: Rui Patrisiu - Romen Saiss, Konor Koadi, Villi Boli - Matt Doerti, Xoni Otto, Ruben Neveş, Joau Moutinyu - Adama Traore, Dioqu Yota, Raul Ximenes.

Qarşılaşma Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Xəbər lenti