"Yuventus" Kyellini ilə müqavilə yeniləyir
İdman
|
14:59 • 20 Fevral 2020
"Yuventus" kapitanı Corco Kyellini ilə müqaviləni uzatmaq fikrindədi.
Turinlilər 36 yaşlı müdafiəçiyə 1 illik müqavilə təklif edir. Hazırda yeni sözləşmə ilə bağlı müzakirələr aparılır. Yaxın zamanda tərəflərin ortaq məxrəcə gələcəyi gözlənilir.
Kyellini 2005-ci ildən "Yuventus"un formasını geyinir. O, Turin klubunda 508 oyun keçirib, 36 qol vurub.