Xəzər Xəbər

Balotellinin başı bəlada: 17 yaşlı qızla cinsi əlaqədə olub

İdman | 17:03 • 19 Fevral 2020
Balotellinin başı bəlada:

"Breşiya"nın hücumçusu Mario Balotellinin adı növbəti dəfə qalmaqalla hallanıb.

"The Sun" xəbər verir ki, italiyalı futbolçu Fransanın "Nitsa" klubunda oynayarkən 18 yaşında olduğunu söyləyən italiyalı qızla cinsi əlaqəyə girib.

Balotelli sonradan 17 yaşında olduğu müəyyənləşən qıza 100 min avro ödəyib. Məsələ ilə bağlı polis araşdırmaya başlayıb. Açıqlama verən italiyalı qız 29 yaşlı futbolçunun şiddətinə məruz qaldğını bildirib: "İkimiz də razılaşdıqdan sonra cinsi əlaqədə olduq, amma Balotellinin şiddətli davranışlarına məruz qaldım".

İtaliya mətbuatının məlumatına görə, italiyalı qız Balotelli ilə baş verən hadisəni mediaya baha qiymətə geniş açıqlayacaq.

Xəbər lenti