Xəzər Xəbər

"Real" Sterlinq üçün 220 milyon avro ödəyəcək?

İdman | 14:14 • 19 Fevral 2020
"Real" Sterlinq üçün 220 milyon avro ödəyəcək?

UEFA-dan 2 illik cəza alan "Mançester Siti" yayda aparıcı futbolçularını sata bilər.

"The Sun" xəbər verur ki, Madrid "Real"ı "şəhərlilər"inyarımmüdafiəçisi Rahim Sterlinqi transfer etmək istəyir. Madridlilərin bu transfer üçün 220 milyon avro təzminat ödəməyə hazır olduğu qeyd edilib.

Sterlinqin "Maçester Siti" ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir. 25 yaşlı futbolçu bu mövsüm 33 oyunda 20 qol vurub, 2 assist edib.

Xəbər lenti