Xəzər Xəbər

“Real Madrid” səfərdə xal itirib

İdman | 09:15 • 17 Fevral 2020
“Real Madrid” səfərdə xal itirib

Fevralın 16-da İspaniya La Liqasının 24-cü turunun sonuncu qarşılaşması keçirilib.


Xezerxeber.az xəbər verir ki, "Real Madrid” klubu səfərdə "Selta Viqo” komandasının qonağı olub.

Gərgin keçən görüşdə qalib müəyyənləşməyib - 2:2.

Madrid təmsilçisinin heyətində Toni Kros (52), Serxio Ramos (65), "Selta Viqo”nun isə Fyodor Smolov (7) və Santi Mina (86) fərqləniblər.

Heç-heçə eləməyinə baxmaraq, "Real Madrid” 53 xalla turnir cədvəlinin lideridir. "Selta Viqo” isə 21 xalla 17-ci yerdə qərarlaşıb.

Xəbər lenti