Xəzər Xəbər

“Sumqayıt” komandası öz meydanında “Sabah”a uduzub

İdman | 19:21 • 15 Fevral 2020
“Sumqayıt” komandası öz meydanında “Sabah”a uduzub

Fevralın 15-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunun növbəti oyunu keçirilib.


Xezerxeber.az xəbər verir ki, turun ikinci görüşündə "Sabah” klubu səfərdə "Sumqayıt” komandasının qonağı olub. "Kapital Bank Arena”da baş tutan matç "Sabah” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların heyətində Şakir Seyidov (59) və Ozan Can Kökcü (62) fərqləniblər. "Sumqayıt” komandasının təsəlliverici qolunu isə Əmir Ağayev (90+1) vurub.


Bu qələbədən sonra "Sabah” klubu xal ehtiyatını 19-a çatdıraraq altıncı, "Sumqayıt” isə 22 xalla dördüncü yerdə qərarlaşıb.


Xatırladaq ki, turun birinci oyununda "Qarabağ” səfərdə "Zirə” komandasını darmadağın edib – 6:0.

Xəbər lenti