Xəzər Xəbər

Azərbaycan güləşçisi erməni rəqibi üzərində əzmkar qələbə qazanıb

İdman | 15:12 • 14 Fevral 2020
Azərbaycan güləşçisi erməni rəqibi üzərində əzmkar qələbə qazanıb

Azərbaycan millisinin sərbəst güləşçisi Ağahüseyn Mustafayev İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.


70 kq çəki dərəcəsində mübarizə aparan idmançı ilk görüşündə ermənistanlı Gevorq Mxeyanı üstələyib.


Pəhləvanımız təsnifat mərhələsində qarşılaşdığı rəqibi üzərində əzmkar qələbə qazanıb. 0:8 hesabı ilə geridə olan həmyerlimiz görüşün gedişində dönüş yaradıb. Nəticədə 15:8 hesabı ilə qalib gələn Mustafayev 1/8 final yüksəlib.


Güləşçimiz növbəti mərhələdə Belarus təmsilçisi Viktar Sereda ilə qarşılaşacaq.

Xəbər lenti