Xəzər Xəbər

"Yuventus"dan 103 milyon avroluq müqavilə

İdman | 12:15 • 14 Fevral 2020
"Yuventus"dan 103 milyon avroluq müqavilə

"Yuventus" stadionunun adını daşıyan Almaniyanın "Allianz" sığorta şirkəti ilə yeni anlaşma əldə edib.

XəzərXəbər xəbər verir ki, "ağ-qaralar" şirkətlə 2030-cu ilə qədər yeni müqavilə imzalayıb. Stadionun adı "Allianz" qalacaq.

Bu anlaşmadan "Yuventus" 103 milyon avro qazanacaq. Daha öncəki müqavilə 2023-cü ilə qədər idi.

Xəbər lenti