Xəzər Xəbər

Daha bir nəhəng yarış koronavirusa görə ləğv olundu

İdman | 11:56 • 13 Fevral 2020
Daha bir nəhəng yarış koronavirusa görə ləğv olundu

Çində keçirilməsi nəzərdə tutulan "Formula 1" üzrə Çin Qran-prisi koronavirusa görə ləğv olunub.

Bu barədə Beynəlxalq Avtomobil Federasiyası qərar qəbul edib. Qurumun rəsmi "Twitter" bildirib ki, yarış iştirakçıları ilə azarkeşlərin səhhətinin təhlükəsizliyi ilə əlaqədar belə bir qərar verilib.

Qeyd edək ki, Çin Qran-prisi aprelin 17-19-da keçirilməli idi.

Xəbər lenti