Xəzər Xəbər

Əməkhaqqı almayan futbolçulara dəstək fondu yaradılacaq

İdman | 21:57 • 11 Fevral 2020
Əməkhaqqı almayan futbolçulara dəstək fondu yaradılacaq

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FIFPro) ilə əməkhaqqının ödənilməməsi problemi ilə üzləşmiş oyunçulara dəstək fondu yaratmaq barədə razılaşma əldə edib. Bu barədə məlumatı FIFA-nın mətbuat xidməti yayıb.


Xezerxeber.az TASS agentliyinə istinadla xəbər verir ki, FIFA 2022-ci ilə qədər fonda 16 milyon dollar ayıracaq. Bu məqsədlə FIFA və FIFPro nümayəndələrindən ibarət monitorinq komitəsi yaradılacaq. Komitə futbolçuların müraciətləri üzərində işləyəcək.


FIFA-nın prezidenti Canni İnfantino deyib: "Bu, dünya futbolunun rəhbəri kimi, bizim rolumuzun bir hissəsidir. Biz ehtiyacı olanlara kömək etməyə borcluyuq. Bunun üçün ilk növbədə oyunçulara kömək etməliyik”.


FIFPro-nun prezidenti Filip Pya deyib: "Son beş ildə 20 ölkədə 50-dən çox klub bağlanıb. Nəticədə yüzlərlə futbolçu zərər çəkib. Fond ehtiyac içində olan oyunçulara dəstək göstərəcək. Klubların çoxu oyunçulara əməkhaqqı ödəməyə macal tapmamış bağlanıb, lakin dərhal təzədən təşkil edilərək yeni klublar kimi fəaliyyətə başlayıb. FIFPro belə insafsız praktikaya qarşı mübarizəyə çoxdan başlayıb və bu işə dəstəyinə görə FIFA-ya təşəkkür edir”.

Xəbər lenti