Xəzər Xəbər

Klinsmann istefa verdi

İdman | 15:59 • 11 Fevral 2020
Klinsmann istefa verdi

Almaniyanın "Herta" klubunun baş məşqçisi Yürgen Klinsmann istefa verib.

55 yaşlı çalışdırıcı bu barədə sosial şəbəkə hesabında məlumat verib. O, Bundesliqada qalmaq uğrunda mübarizədə birlik vəkonsentrasiyanın vacib olduğunu qeyd edib vəbunlar olmadıqda məşqçinin öz imkanlarından istifadə edə bilməyəcəyini bildirib.

Berlin təmsilçisi alman mütəxəssisin qərarına təəccübləndiyini bəyan edib. Komandanı müvəqqəti olaraq Aleksandr Nouri çalışdıracaq.

Klinsmann 2019-cu ilin noyabrında "Herta"ya baş məşqçi təyin olunmuşdu.

Xəbər lenti