Xəzər Xəbər

Millinin baş məşqçisi Abdullah Avcı ola bilər – AFFA danışıqlar aparır

İdman | 15:38 • 11 Fevral 2020
Millinin baş məşqçisi Abdullah Avcı ola bilər

Bu yaxınlarda millidə Nikola Yurçeviçin fəaliyyətinə xitam verildikdən sonra boş qalan baş məşqçi postu üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) axtarışlarını artırıb.

XəzərXəbər xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov və vitse-prezident Vaqif Sadıqov Abdullah Avcını yığmamızın "sükanı arxası”na gətirmək üçün Türkiyəyə gedib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası rəsmiləri 57 yaşlı məşqçi ilə danışıqlar aparsa da, Avcı onların təklifinə konkret cavab verməyib. O, yaxın günlərdə qərarını açıqlayacağını bildirib.

Millimizə namizədlər arasında göstərilən Oleq Kononov və Luici di Byaco başqa komandalarla müqavilə bağlayıb.

Xəbər lenti