Xəzər Xəbər

Zidan "Real"la Beyl arasındakı problemdən danışdı

İdman | 13:39 • 10 Fevral 2020
Zidan "Real"la Beyl arasındakı problemdən danışdı

Madrid "Real”ının baş məşqçisi Zinəddin Zidan İspaniya çempionatının 23-cü turunun "Osasuna" ilə matçında (4:1) komandanın hücumçusu Qaret Beylin oyununu dəyərləndirib.

Fransız mütəxəssis futbolçu ilə klubun arasında heç bir problemin olmadığını dilə gətirib:

"Beyl bizim üçün əhəmiyyətli oyunçudur. O, son matçları oynamadan bu gün hücumda və müdafiədə yaxşı dəqiqələr keçirdi. O, çalışırdı. Problem ondadır ki, hamı Qaretlə problemimizin olmasını istəyir, amma bunlar yoxdur. Bizim komandada oyunçular çoxdur, vaxtı onların hamısı arasında bölmək çətindir. Qaret həqiqətən əhəmiyyətli oyunçudur və tədricən öz səviyyəsini yüksəldəcək. O, fiziki planda tam hazır deyil, buna görə dəyişikliklər etdik. Amma biz Qaretə bel bağlayırıq".

Xatırladaq ki, Beyl "Osasuna" ilə matçda meydana start heyətdə çıxıb və 73 dəqiqədə əvəz edilib.

Xəbər lenti