Xəzər Xəbər

“Yeni Malatyaspor” öz meydanında “Ankaragücü”nə məğlub olub

İdman | 09:14 • 8 Fevral 2020
“Yeni Malatyaspor” öz meydanında “Ankaragücü”nə məğlub olub

Fevralın 7-də Türkiyə Superliqasının XXI turunun birinci qarşılaşmasında "Yeni Malatyaspor” doğma meydanda "Ankaragücü”nə minimal hesabla məğlub olub.


Xezerxeber.az xəbər verir ki, oyunda yeganə qolu 66-cı dəqiqədə Ankara təmsilçisinin hücumçusu Dever Orgil vurub.


Bu oyundan başqa, turda "Konyaspor”-"Denizlispor”, "Beşiktaş”-"Qaziantep”, "Gənclərbirliyi”-"Trabzonspor”, "Fənərbağça”-"Alanyaspor”, "Kayserispor”-"Antalyaspor”, "Sivasspor”-"Başakşəhər”, "Kasımpaşa”-"Qalatasaray” və "Göztəpə”-"Rizəspor” matçları keçiriləcək.


Türkiyə çempionatında hazırda turnir cədvəlinə 41 xalla "Sivasspor” klubu liderlik edir. "Başakşəhər” 39 xalla ikinci pillədədir. Ilk üçlüyü 38 xalla "Trabzonspor” qapayır.

Xəbər lenti