Xəzər Xəbər

"Mançester Siti" "Vilyarreal"ın müdafiəçisini istəyir

İdman | 16:33 • 7 Fevral 2020
"Mançester Siti" "Vilyarreal"ın müdafiəçisini istəyir

"Mançester Siti" yay transfer dönəmində müdafiə xəttini gücləndirmək istəyir.

"Şəhərlilər" baş məşqçisi Pep Qvardiolanın tələbi ilə "Vilyarreal"ın müdafiəçisi PauTorresi transfer etmək üçün fəaliyyətə başlayıb.

"Vilyarreal"ın yetirməsi olan 23 yaşlı futbolçu bu mövsümkü oyunu ilə İspaniya millisinə yüksəlib. Torresin sərbəst qalma dəyəri 45 milyon avrodur.

İspan oyunçu cari mövsüm 22 oyunda 1 qol vurub, 2 assist edib.

Xəbər lenti