Xəzər Xəbər

"Yuventus" Matyudiyə əvəzləyici tapdı

İdman | 16:02 • 7 Fevral 2020
"Yuventus" Matyudiyə əvəzləyici tapdı

"Yuventus" "Real"ın yarımmüdafiəçisi Kazemironu transfer etmək istəyir.

Turin təmsilçisi müqaviləsi bitəcək Blez Matyudinin əvəzinə braziliyalı futbolçunu hədəfə alıb. Fransalı futbolçuya illik 15 milyon avro maaş ödəyən "qoca sinyora" eyni məvacibi Kazemiroya da verməyə hazırdır.

"Yuventus" Kazemiro" ilə yanaşı, "Napoli"nin yarımmüdafiəçisi Allanla da maraqlanır.

"Real" 27 yaşlı Kazemironu 2013-cü ildə "San-Paulu"dan transfer edib.

Xəbər lenti

Çox oxunanlar