"Tobol"dan ayrılan Emil Balayevlə bağlı yeni iddia yayılıb.
"Daily Record" xəbər verir ki, 25 yaşlı qolkiper karyerasını Şotlandiyada davam etdirə bilər. Azərbaycan millisinin üzvü"Harts" klubunun transfer hədəfindədir.
Premyer Liqa klubu azad agent statusu daşıyan 4 qapıçını hədəfə alıb. Şotlandiya təmsilçisiEmillə yanaşı,Ben Elnvik, Emiliano Viviano və Tayler Deriklə də maraqlanır.